Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
Bizim.Media xəbər verir ki, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd edib.
Dövlətimizin başçısı Formula 1-in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirib.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulanıb. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunulub.
Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edilib, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulanıb.
Dövlətimizin başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət edib.
Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd edib.
Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:01 / 15.09.2024
İlham Əliyev “Formula 1”in prezidentini və britaniyalı supermodeli QƏBUL EDİB - FOTO
Hazırda oxunan: İlham Əliyev “Formula 1”in prezidentini və britaniyalı supermodeli QƏBUL EDİB - FOTO
Hazırda oxunan: İlham Əliyev “Formula 1”in prezidentini və britaniyalı supermodeli QƏBUL EDİB - FOTO
211535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.