SON DƏQİQƏ: Anar Məmmədovun qalib olduğu dairədə 3 məntəqənin nəticəsi LƏĞV OLUNDU

SON DƏQİQƏ: Anar Məmmədovun qalib olduğu dairədə 3 məntəqənin nəticəsi LƏĞV OLUNDU

Hazırda oxunan: SON DƏQİQƏ: Anar Məmmədovun qalib olduğu dairədə 3 məntəqənin nəticəsi LƏĞV OLUNDU

211323

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, deputatlığa namizəd Məcidzadə Şəhriyar Sərdar oğlu MSK-ya müraciət edərək, 17 seçki məntəqəsində səsvermə günü qanun pozuntularının baş verdiyini iddia edib.

"Namizədin təqdim etdiyi və sosial şəbəkələrdə yayılan görüntülərə baxılıb. Araşdırmanın nəticəsində məlum olub ki, dairənin 3, 4 və 18 saylı seçki məntəqələri istisna olmaqla digər məntəqələrdəki pozuntular təsdiqini tapmayıb. Nəticələri ləğv edilən seçki məntəqələrinin sayı qanunvericilikdə nəzərdə tutulandan az olduğuna görə dairənin ümumi nəticələrinin ləğv edilməsinə əsas yaranmayıb".

Qeyd edək ki, sözügedən dairədə Anar Məmmədov qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO