Azərbaycan və beş ölkənin xüsusi təyinatlılarının təlimi davam edir – FOTO/VİDEO

Azərbaycan və beş ölkənin xüsusi təyinatlılarının təlimi davam edir – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və beş ölkənin xüsusi təyinatlılarının təlimi davam edir – FOTO/VİDEO

211170

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları poliqonda yaradılmış təlim nöqtələrində taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki məşqləri yerinə yetirirlər. 

Çoxmillətli qruplar halında keçirilən döyüş hazırlığı məşğələləri iştirakçı ölkələrin hərbi qulluqçularının təcrübəsindən bəhrələnməyə və onların tətbiq etdiyi forma və metodları mənimsəməyə imkan yaradır. 

Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısında yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırığı qoyulub. 

Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə xüsusi təyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər. 

Bu cür təlimlər bölgələrdə sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə səylərin birləşdirilməsinə xidmət edir və şəxsi heyətin qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrasına böyük töhfə verir. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO