Paşinyandan TƏKLİF: “Azərbaycanı 16 maddədən ibarət sülh sazişini imzalamağa dəvət edirik”

Paşinyandan TƏKLİF: “Azərbaycanı 16 maddədən ibarət sülh sazişini imzalamağa dəvət edirik”

Hazırda oxunan: Paşinyandan TƏKLİF: “Azərbaycanı 16 maddədən ibarət sülh sazişini imzalamağa dəvət edirik”

211047

Ermənistan Azərbaycanı 16 maddədən ibarət sülh sazişini imzalamağa dəvət edir. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Azərbaycanla diplomatik münasibətlər qurmaq istəyir


“Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik, onların hamısının məzmununu razılaşdırdıq”, - deyə hökumət başçısı qeyd edib.

Bundan əvvəl, avqustun 31-də Paşinyan razılaşdırılmış bəndləri imzalamağı və daha sonra bütün digər məsələlərin müzakirəsini davam etdirməyi təklif etmişdi. 

Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hacızadə bildirib ki, Ermənistan tərəfi hələ də razılaşdırılmamış müddəaları bu layihədən çıxarıb. O əlavə edib ki, davamlı və uğurlu sülh sazişini təmin etmək üçün layihə iki ölkə arasında bütün problemli məsələlərə aydınlıq gətirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO