Makronun erməni sevgisinə CAVAB – “Xanımının birinci əri ermənidir”

Makronun erməni sevgisinə CAVAB – “Xanımının birinci əri ermənidir”

Hazırda oxunan: Makronun erməni sevgisinə CAVAB – “Xanımının birinci əri ermənidir”

21087

Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə sərsəm açıqlama ilə çıxış edib. “Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisinə keçib. Dərhal geri çəkilməlidirlər”- deyən Makron erməni sevgisini nümayiş etdirərək onlara hər zaman dəstək olacağını bəyan edib. Fransa liderinin qeyri-obyektiv və siyasi yükü olmayan fikirləri siyasi şərhçilər tərəfindən ikili standart yanaşma kimi dəyərləndirilib.  

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirib.

O, deyib ki, bir Avropa dövlətinin başçısı kimi Makronun belə “yaxa cırması”, papadan çox katolik olmaq istəməsi anlaşılan deyil. Heç ermənilər belə Makron kimi danışmırlar:

 

“Fransa Avropanın uzunmüddətli baş diplomatik dövləti hesab olunur. Zaman-zaman bu ölkənin müxtəlif prezidentləri Fransanı bu səviyyədə təmsil etməyi bacarıb. Amma Makron hakimiyyətə gələndən həddindən artıq qeyri-adi, diplomatik səviyyəsi olan insanlara belə yaraşmayan məsələləri gündəmə gətirir.

 

Anlıyıram ki, özündən yaşda iki dəfə böyük olan xanımının birinci əri erməni olub. Oğulluğu ermənidəndir. Makronu hakimiyyətə gətirməkdə müasir ermənilərin böyük rolu var. Qarşıdan da seçkilər gəlir və o, yenidən prezident olmaq istəyir. Hər cür münasibəti anlamaq olar. Amma özünə hörmət edən bir dövlət başçısı başqa bir ölkənin ərazi bütövlüyü ilə bağlı dil uzadırsa, ona artıq diplomat deyil, provakator deyirlər. Ayıbdır, buna başqa bir ad tapmıram”.

Cümşüd Nuriyevin sözlərinə görə Makron Azərbaycan prezidenti səviyyəsində layiq olduğu bütün cavabları alır:
 

“Növbəti sərsəmləməsinə də layiq olduğu cavab verilməlidir. Biz Makronun səviyyəsinə düşə bilmərik. Birincisi, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin tam demorkasiyası tam başa çatmayıb.

 

İkincisi, Ermənistanın aşağı səviyyəli adamları bu cür təxribatları gündəmə gəririr, amma yüksək səviyyəli hərbçiləri, Paşinyanın özü belə etiraf edir ki, həmin ərazilər Azərbaycan torpaqlarıdır. Üçüncüsü, Qaragöl qoruq ərazisi olduğundan 30-40 il bundan əvvəl yasaqlıq elan olunub. Göl Azərbaycanın ərazisindədir. İndi Azərbaycan əsgəri həmin koordinatlarla öz mövqeyinə gedir. Bunu ermənilərin necə qəbul etməsi bizi maraqlandırmır. Amma Makronun siyasətçiyə yaraşmayan  hərəkətini anlamaq olmur. Fransa öz gözündə tiri görmür, başqasında günah axtarır. Ölkə başçısı demişkən, Fransa Əlcəzairdən qiyamçı adı ilə gətirdiyi və öz müstəqilliyi üçün vuruşanların kəllə sümüklərini nümayiş etdirir. Bir milyon insanı soyqırıma məruz qoyublar. Makron niyə bunlardan danışmır?” 

Qeyd edək ki, Azərbaycan ordusunun Sünik  (Zəngəzur) vilayətinin İşxanasar kəndi istiqamətində irəlilədiyi bildirilir.

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan məsələ ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO