Yaponiya Konstitusiyasını niyə dəyişir? - SƏBƏBLƏR

Yaponiya Konstitusiyasını niyə dəyişir? - SƏBƏBLƏR

Hazırda oxunan: Yaponiya Konstitusiyasını niyə dəyişir? - SƏBƏBLƏR

21086

Yaponiya parlamentinin alt palatası referenduma çıxarılması nəzərdə tutulan qanun layihəsini qəbul edib. Söhbət Yaponiya ordusunun gücləndirilməsindən gedir. 

Bizim.Media xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələni “Facebook” hesabında şərh edib.

Onun sözlərinə görə Yaponiya İkinci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonra yeni Konstitusiya qəbul etmək məcburiyyətində qalıb:

“Bu daha çox pasifist Konstitusiyadır. Buna qədər müxtəlif dövlətlərin ərazilərini işğal edən Yaponiya ağır məğlubiyyətdən sonra ABŞ-ın təzyiqi ilə yeni Konstitutiya qəbul etdi ki, buna görə Yaponiyanın ordu yaratması və ölkə hüdudlarından kənarda hərbi əməliyyatlar keçirməsi qadağan edilirdi. Bəlkə də bu qadağanın onilliklər boyu mövcud olması Yaponiyanın inkişafını sürətləndirdi. İkinci Dünya Müharibəsindən sonra orduya pul xərcləməyən Yaponiya imkanlarını və maliyyəsini iqtisadi layihələr ətrafında cəmləşdirdi. Ancaq indi durum dəyişib. Çinin bölgədə hərbi imkanları artır və bu yalnız Yaponiyanı deyil, ona güclü ordu formalaşdırmağı qadağan edən ABŞ-ı da narahat edir. Ona görə də Tokio Vaşinqtonun razılığı ilə ordunu gücləndirməyə qərar verib. Ancaq bunun üçün Konstitusiyada zəruri dəyişikliklər edilməli və referendum keçirilməlidir”. 

Politoloq qeyd edib ki, vaxtilə Yaponiyaya ordu saxlamağı qadağan edən ABŞ bu gün özü Yaponiyanın ordu yaratmasını və zəruri hallarda kənarda hərbi əməliyyatlarda iştirak etməsini istəyir:

“Bu mövzu ətrafında ABŞ prezidenti ilə Yaponiyanın baş naziri arasında Ağ Evdə danışıqlar da aparılıb. Çin təhlükəsi ABŞ-ı bölgədə yeni hərbi blok formalaşdırmağa məcbur edib. Bu blokda ABŞ yanında Yaponiya ilə yanaşı Avstraliya və Hindistanı da görmək istəyir. Yaponiyanın Konstitusiyanı dəyişdirməsi və ordusunu gücləndirməsi Çində birmənalı qarşılanmayacaq. Çin uzun illər məhz Yaponiyanın pasifist Konstitusiyasından istifadə edərək bu bölgədə fəallığını artırmış, müxtəlif iddilar ortaya qoymuşdu. Yüksək texnologiyalara malik Yaponiyanın ordusunu gücləndirmək qərarını aldıqdan sonra isə Çinin çətinlikləri başlayacaq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO