Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, erməni məhbusların qaytarılması məsələsi İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb. Bununla belə, problem bütün platformalarda müzakirə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Siyasətçidən Ermənistanın noyabrda Bakıda keçiriləcək COP-29 iqlim sammitində iştirakının şərti kimi məhbusların qaytarılması məsələsini qaldıra biləcəyi soruşulub.
Simonyan bu cür müzakirələri vaxtından əvvəl adlandırıb.
Parlament spikerinin sözlərinə görə, Ermənistanın iştirakının məqsədəuyğun olub-olmaması sülh müqaviləsinin imzalanması, məhbusların probleminin həlli və s. məsələlərin həllindən sonra reallaşa bilər.
O əlavə edib ki, İrəvan bütün bu məsələlərin bir paketdə həllinə üstünlük verəcək.
Xatırladaq ki, Azərbaycanda saxlanılan məhbuslar arasında Qarabağdakı qondarma rejimin keçmiş rəhbərləri - Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, keçmiş dövlət naziri Ruben Vardanyan, Müdafiə Ordusunun keçmiş komandanının müavini David Manukyan, Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyan və keçmiş xarici işlər naziri David Babayan var.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:26 / 09.09.2024
"Sülh müqaviləsi layihəsində erməni məhbusların qaytarılması bəndi yoxdur" – Simonyan
Hazırda oxunan: "Sülh müqaviləsi layihəsində erməni məhbusların qaytarılması bəndi yoxdur" – Simonyan
Hazırda oxunan: "Sülh müqaviləsi layihəsində erməni məhbusların qaytarılması bəndi yoxdur" – Simonyan
210646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.