Bayramovla Lavrov Azərbaycan-Ermənistan sərhədində gərginliyi müzakirə etdi - YENİLƏNDİ

Bayramovla Lavrov Azərbaycan-Ermənistan sərhədində gərginliyi müzakirə etdi - YENİLƏNDİ

Hazırda oxunan: Bayramovla Lavrov Azərbaycan-Ermənistan sərhədində gərginliyi müzakirə etdi - YENİLƏNDİ

21051

Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ruiya mətbuatı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovla Lavrovun görüşünün təfərrüatı açıqlandı - FOTOLAR


Bildirilib ki, XİN rəhbərləri Ermənistan sərhədində vəziyyətin kəskinləşməsini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO