Türk dünyasının nazirləri Astanada bir araya gələcək

Türk dünyasının nazirləri Astanada bir araya gələcək

Hazırda oxunan: Türk dünyasının nazirləri Astanada bir araya gələcək

210489

Türkiyənin ədliyyə naziri Yılmaz Tuncun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda V Ümumdünya Köçəri Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Oyunların açılış mərasimi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə sentyabrın 8-nə planlaşdırılıb.

Türkiyə ədliyyə nazirinin səfəri proqramında, həmçinin Astanada Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ədliyyə nazirlərinin birinci iclasında iştirak da yer alıb. Müzakirələrdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın nümayəndə heyətləri iştirak edəcək.

Tunc hüquq sahəsində türk dövlətləri arasında əməkdaşlıq perspektivləri mövzusunda çıxış edəcək.

İclasın yekunlarına dair birgə Bəyanat qəbul ediləcək.

Yılmaz Tuncun Qazaxıstanda yaşayan türkiyəli vətəndaşlarla görüşləri də planlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO