Ağ Evin yardım İMMİTASİYASI – ABŞ Ukraynanın uğur qazanmasına necə MANE OLUR?

Ağ Evin yardım İMMİTASİYASI – ABŞ Ukraynanın uğur qazanmasına necə MANE OLUR?

Hazırda oxunan: Ağ Evin yardım İMMİTASİYASI – ABŞ Ukraynanın uğur qazanmasına necə MANE OLUR?

209942

ABŞ Ukrayna Silahlı Qüvvələrinə hələ də Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verməyib.

Bu barədə Ağ Evin sözçüsü Karin Jan-Pyer jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukrayna hərbçilərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə Amerika silahları ilə zərbələr endirməsinə qadağa qoymasına münasibətini dəyişməyib.O, Ağ Evin mövqeyinin dəyişməyəcəyini də vurğulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada yarpaq TÖKÜMÜ - Bu nazirlər işdən çıxarıldı - SİYAHI - FOTO/VİDEO


Bu açıqlama isə onu göstərir ki, Amerika Rusiya ilə müharibədə heç də Ukraynanın tam qələbə çalmasını istəmir. 

ABŞ Ukraynanın uğur qazanmasına görəsən niyə mane olur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Amerika raketlərilə Rusiya dərinliklərindəki obyektlərin vurulması şimal ölkəsində müəyyən problemlər yaratsa da, Kiyevə heç bir üstünlük verməyəcək:

“Zənnimcə, məsələ Ukraynanın uğur qazanmasında deyil. Ukrayna uzaq mənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərindəki şəhər, obyekt və infrastrukturu dağıdacaqsa, bu hələ heç də Ukraynanın qələbəsi anlamına gələn məsələ olmayacaq. Amerika Ukraynadan deyil, Rusiyadan çəkinir. Kiyevin arxasında dayanan 50-ə yaxın ölkə maddi və silah cəhətdən Ukraynanı təmin edir. Zelenski isə Qərbin köməyinin müharibədə üstünlük əldə etmək üçün hələ də kifayət etmədiyini bəyan edir”. 

Həmsöhbətimiz qeyd edir ki, Ukrayna hadisələrinin arxasında Şərq və Qərbdəki fövqəlqüvvələr dayanır: 

“Münaqişənin maksimal dərəcədə uzanması onların marağındadır. Bu da onu deməyə əsas verir ki, müharibə hələ çox uzanacaq. Çünki artıq burada müxtəlif dövlətlərdən ibarət blokların maraqları kəsişir. Bir yandan Rusiyanı zəiflədirlər. Digər tərəfdən, Ukraynanın özü də çökür. Ukrayna üçün bu ağır itkilər hesabına başa gələn qarşıdurmadır”. 

Ekspert düşünür ki, məsələnin həlli heç də Kiyevdə olmayacaq: 

“Məsələnin həlli Moskva, Vaşinqton və Brüssel arasında müəyyən olunacaq. Odur ki, ABŞ-ın öz silahları ilə Kiyevə Rusiyanın dərinliklərinə zərbə vurmağa icazə verib-verməyəcəyi ikinci dərəcəli məsələdir. Ancaq Amerika raketlərilə Rusiyanın içərilərindəki obyektləri vurmaq şimal ölkəsi üçün müəyyən problemlər yaratsa da, Kiyevə heç bir üstünlük gətirməyəcək. Çünki belə vəziyyətdə Ukrayna özü daha böyük itkilərə məruz qalacaq. Ona görə müharibənin uzanması birmənalı olaraq Kiyevin xeyrinə deyil”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO