Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı ölkədə sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin uğurlu təşkili münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bled Strateji Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən DANIŞILDI
Diplomatik şöbə qeyd edib ki, Rusiya Milli Məclisin yeni tərkibi ilə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edir.
Eyni zamanda qeyd olunub ki, Rusiya Azərbaycanda keçirilən parlament seçkilərinə Qərb tərəfindən qərəzli qiymət verilməsini pisləyir:
“Rusiya tərəfinin ATƏT/DTİHB vasitəsilə göndərdiyi müşahidəçilər ölkə vətəndaşlarının seçki hüquqlarının pozulması faktını qeydə almayıb”.
Bizim.Media