Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə ZƏNG EDİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə ZƏNG EDİB

Hazırda oxunan: Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə ZƏNG EDİB

209667

Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən Vyetnam Prezidentinə: "Ölkələrimizin dostluq əlaqələri bundan sonra da davam edəcək"


Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmi qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub.

Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO