Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini elan edib.
Bizim.Media-nın araşdırmasına görə, ilkin nəticələrə əsasən, ən yüksək səs faizi toplayan şəxs 112 saylı Zaqatala seçki dairəsindən Əsgərov Asif Yunis oğludur.
2006-2009-cu illərdə Zaqatalanın icra başçısı olmuş A.Əsgərova 12 min 942 seçici səs verib. Bu, ümumi səslərin 80 faizinə bərabərdir.
Qeyd edək ki, A.Əsgərov Zaqataladan sonra Səbail Rayon İcra Hakimiyyətinin, daha sonra isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.
Ən az səs faizi ilə millət vəkili seçilən şəxs isə 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Vəliyeva Mehriban Hidayət qızıdır. Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin sabiq direktor müavini 5 min 752 səs toplayıb. Bu isə ümumi səslərin 36,5 faizini təşkil edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:09 / 02.09.2024
Ən yüksək və ən aşağı səs faizini toplayan NAMİZƏDLƏR
Hazırda oxunan: Ən yüksək və ən aşağı səs faizini toplayan NAMİZƏDLƏR
Hazırda oxunan: Ən yüksək və ən aşağı səs faizini toplayan NAMİZƏDLƏR
209573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.