Yekun nəticə onu deməyə imkan verir ki, seçki məntəqələrində hər şey qrafikə uyğun aparıldı. Müşahidə etdik ki, media nümayəndələri heç bir maneə olmadan prosesi izləyə bilirdilər. Onların sərbəst hərəkətində heç bir məhdudiyyət yox idi.
Bizim.Media xəbər verir ki, bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı ölkəmizdə səfərdə olan Rumıniya Senatının müşahidə missiyasının rəhbəri Kristian-Ogustin Nuçulesku-Tagarlaş səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Britaniyalı deputat: Azərbaycanda seçki prosesi ilə bağlı hər şey eynilə bizdəki kimi keçdi - FOTO
Rumıniya Senatının Rumıniya-Azərbaycan dostluq qrupunun üzvü kimi seçkiləri izlədiyini diqqətə çatdıran qonaq seçki məntəqələrinin hərtərəfli şəraitlə təmin olunduğunu qeyd edib.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.
Bizim.Media