“Seçkilər gördüyümüz kimi çox sistemli, nizamlı şəkildə keçirilir. Biz seçki məntəqələrində görürük ki, seçki komissiyası səsvermədə iştirak edənlərə bülletenlər paylayır. Bundan başqa, müşahidəçilərin müxtəlif partiyaların olduğunu görürük”.
Bu sözləri Bizim.Media-ya açıqlamsında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.
“Ümumilikdə hər şey çox ahəngdar, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir və məntəqələrdə heç bir pozuntu, neqativ hallara rast gəlmirik. Həmçinin sevindirici haldır ki, seçki məntəqələrinə çox sayda gənclər qatılaraq öz ölkəsinin gələcəyinə töhfə vermək üçün böyük həvəslə səs verirlər.
Biz bilirik ki, bu seçki bütov Azərbaycan ərazisində ilk dəfə keçirilir. Bu, gənc nəsil üçün də çox maraqlıdır.
Biz şəhəri gəzdik və müşahidələrimizdə onu da gördük ki, insanlar seçkinin gedişatından xəbərdardır. Bu da onu sübut edir ki, bu gün keçirilən seçkilərdə insanlar gün ərzində aktiv şəkildə iştirak edəcəklər” – deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:45 / 01.09.2024
Daria Qrevtsova: “Məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmirik” – VİDEO
Hazırda oxunan: Daria Qrevtsova: “Məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmirik” – VİDEO
Hazırda oxunan: Daria Qrevtsova: “Məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlmirik” – VİDEO
209407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.