Bu şəxslərin fəaliyyəti dövlət hesabına maliyyələşdiriləcək – FƏRMAN

Bu şəxslərin fəaliyyəti dövlət hesabına maliyyələşdiriləcək – FƏRMAN

Hazırda oxunan: Bu şəxslərin fəaliyyəti dövlət hesabına maliyyələşdiriləcək – FƏRMAN

209127

Azərbaycan Prezidenti İlham Əliyev 16 dekabr 2005-ci il tarixli “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.

Sənədə əsasən, bundan sonra, Dövlət Gömrük Komitəsinin (DGK) xarici dövlətlərdəki nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatlardakı nümayəndələri (gömrük attaşeləri) də Komitəyə ayrılmış dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Nazirlər Kabinetinə DGK-nın xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) fəaliyyətinin təmin olunması ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərini həll etməsi tapşırılıb.
 

Bundan başqa, Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda gömrük attaşelərinin təyin edilməsi ilə bağlı təkliflərini Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra razılaşdırılmaq üçün Azərbaycan Prezidentinə təqdim etməlidir.


DGK-nın xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirirməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO