“İki ölkə arasında vacib istiqamətlərdən biri ənənəvi olaraq enerji sahəsində olan əməkdaşlıqdır. Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı nəinki iki ölkəyə töhfə verir, eyni zamanda geniş anlamda Avrasiyanın enerji xəritəsini dəyişdirib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Hakan Fidan: “Türkiyə və Azərbaycan hər zaman yaxşı və pis gündə bir yerdə olmağa davam edəcək”
Nazir qeyd edib ki, İğdır-Naxçıvan qaz xəttinin inşası yaxın zamanda tamamlanacaq:
“İki ölkə arasında həyata keçirilən və davam edən İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi layihəsini xüsusi olaraq vurğulamaq istərdim. Düşünürəm ki, yaxın zamanlarda bu layihə başa çatacaq və iki ölkə arasında əlavə imkanlar yaradacaqdır”.
Bizim.Media