Azərbaycan-Tacikistan İşçi Qrupunun 2-ci iclası keçirildi - FOTO

Azərbaycan-Tacikistan İşçi Qrupunun 2-ci iclası keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycan-Tacikistan İşçi Qrupunun 2-ci iclası keçirildi - FOTO

208514

Bakıda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Tacikistan İşçi Qrupunun 2-ci iclası keçirilib. İclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Tacikistanın kənd təsərrüfatı nazirinin müavini Niqina Anvari, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Bizim.Media-ya bildirilib ki, iclasda Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Tacikistan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.

İşçi Qrupun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta, üzümçülük sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO