Azərbaycan ermənilərin inteqrasiyasına hazırdır – RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ermənilərin inteqrasiyasına hazırdır – RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Azərbaycan ermənilərin inteqrasiyasına hazırdır – RƏSMİ AÇIQLAMA - VİDEO

20835

Xəbər verdiyimiz kimi, Azərbaycan və Rusiyanın Xarici İşlər nazirləri birgə mətbuat konfransı keçiriblər.

Bizim.Media xəbər verir ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən ermənilərin inteqrasiyası üçün Bakının bütün tədbirlərə hazır olduğunu bildirib. 

“Rəsmi Bakı Qarabağdakı ermənilərin Azərbaycanın siyasi, iqtisadi və sosial məkanına inteqrasiyasına hazırdır.

Potensial açıq məsəələrdən bəhs ediriksə, belə mövzular çoxdur. Biz anlayırıq ki, bu elə bir yoldur ki, onu qısa vaxta qət etmək mümkün deyil. Amma biz bu məsələnin yaxşı nəticələnməsinə hədəflənmişik. Bu, həm Azərbaycan, həm də erməni xalqının maraqlarındadır.

Həmçinin inteqrasiya məsələsi bütün region üçün önəmlidir. Ona görə də hesab edirik ki, beynəlxalq hüquq norma və prinsipləri nəzərə alınmaqla münasibətlərin normallaşdırılması üçün dövlətlər öncəliklə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmalıdır. Sadalanan amillər bu normallaşmanın girovudur. Əminik ki, bu belə də olacaq”.

Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO