Finlandiya nümayəndə heyəti Şuşaya və Laçına səfər edib - FOTO

Finlandiya nümayəndə heyəti Şuşaya və Laçına səfər edib - FOTO

Hazırda oxunan: Finlandiya nümayəndə heyəti Şuşaya və Laçına səfər edib - FOTO

208055

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizə gələn Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşada və Laçında olub.

Bizim.Media xəbər verir ki, səfərdə Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış jurnalist, “Hymy” jurnalının redaktor müavini, Deputatlar Qrupunun keçmiş sədri (2021), Vantaa-Kereva şəhər dairəsi sovetinin sabiq üzvü (2022), Vanta-Kereva regional hökumətinin sabiq üzvü Antero Eerola, Finlandiyanın sabiq müdafiə naziri, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyəti rəhbərinin sabiq müavini Jaako Laakso və Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova iştirak ediblər.
 

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində olub. Burada Şuşa şəhərinin tarixi, güllələnmiş heykəllər, Cıdır düzü, Şuşada Azərbaycan tarixi abidələrinə qarşı erməni vandalizmi haqqında qonaqlara ətraflı məlumat verilib, görülən işlər diqqətə çatdırılıb.


Daha sonra qonaqlar Cıdır düzünü və Şuşa qalasını ziyarət ediblər. Onlar Şuşada aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanış olub və görülən işləri yüksək qiymətləndiriblər. İşğal dövründə ermənilər tərəfindən Şuşada mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş vandalizm aktlarını pisləyiblər.

Finlandiya nümayəndə heyəti daha sonra Laçına yola düşüb. Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyində olan qonaqlara Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri, gələcək plan və layihələr, həmçinin Sus və Zabux kəndləri haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Laçında ilk bərpa olunan 22 evdən birini ziyarət edib, burada yaşayan ailələrlə görüşüb, onlardan müsahibə alıblar. Ev sahibləri müsahibələrində 30 il sonra öz doğma yurdlarına qayıtmağın sevincini ifadə edib, burada sakinlərin rahat yaşaması üçün hər bir şəraitin yüksək səviyyədə qurulduğunu vurğulayıblar.

Bu sevinci onlara yaşatdıqları üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildiriblər. Qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.

Qonaqlar, həmçinin Laçında “Həkəri Balıq Təsərrüfatı”nı ziyarət edib, rayonun Zabux və Sus kəndlərində olublar. Burada qonaqları mehriban və gülərüz qarşılayan yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl şəraitlə yaxından tanış ediblər.

Azərbaycan təbiətinin gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş təəssüratlar yaradıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO