İlham Əliyev bu gün Özbəkistana səfər edəcək

İlham Əliyev bu gün Özbəkistana səfər edəcək

Hazırda oxunan: İlham Əliyev bu gün Özbəkistana səfər edəcək

207790

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistanda dövlət səfərində olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Prezidentinin "president.uz" saytı yayıb. 

Mənbə yazır ki, proqrama uyğun olaraq, Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə ən yüksək səviyyədə danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır.

Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib.

Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO