Tanınmış simalar Fariz İsmayılzadəyə dəstəklərini İFADƏ ETDİLƏR – VİDEO

Tanınmış simalar Fariz İsmayılzadəyə dəstəklərini İFADƏ ETDİLƏR – VİDEO

Hazırda oxunan: Tanınmış simalar Fariz İsmayılzadəyə dəstəklərini İFADƏ ETDİLƏR – VİDEO

207487

Sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd olan Fariz İsmayılzadəyə tanınmış simalardan dəstək gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə deputatlığa namizəd öz sosial şəbəkə hesabında paylaşım edib. 

Fariz İsmayılzadəyə dəstəyini ifadə edənlərdən biri "Nə? Harada? Nə zaman?" intellektual oyunun qalibi Rövşən Əsgərov olub. R.Əsgərov parlament seçkilərində F.İsmayılzadəyə uğurlar arzu edib.  

Şahmat üzrə millimizin kapitanı Teymur Rəcəbov da Fariz İsmayılzadəyə dəstəyini bildirib: 

“Sizi doğma Lənkəranımıza dəyər verən biri olaraq tanıyıram. Sizə qarşıdan gələn Milli Məclisə seçkilərdə uğurlar arzulayıram”.

Qeyd edək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili alıb.  
 

O, daha sonra 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistr təhsilini alıb. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.  


Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.  

O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib.  

Fariz İsmayılzadə son olaraq ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO