Putinə təqdim edilən ziyafətin MENYUSU - FOTO

Putinə təqdim edilən ziyafətin MENYUSU - FOTO

Hazırda oxunan: Putinə təqdim edilən ziyafətin MENYUSU - FOTO

207410

Xəbər verdiyimiz kimi Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.

Bizim.Media xəbər verir ki, Putinə təqdim edilən ziyafətin menyusu yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin adından Putinin şərəfinə dövlət ziyafəti verilib - VİDEO


Rusiya liderinə ilkin olaraq, qara kürü, kükü, badımcan ləvəngisi, qızardılmış badımcan salatı, ayranaşı (Azərbaycan milli mətbəxinə məxsus soyuq şorba), qızardılmış düşbərə təqdim edilib.

Bundan əlavə süfrəyə ət və göy qutabları düzülüb.

Ana yemək olaraq, Putinə milli mətbəximizdən üzüm və pip yarpağından dolma təqdim edilib. Menyuda həmçinin kartofla qızardılmış çay fareli, təndirdə qızardılmış keçi yer alıb.

Son olaraq isə süfrəyə milli şirniyyatlar təqdim edilib.

Qeyd edək ki, Putinə “Savalan Sauvignon Blanc”2022 və “Meysari Makhmari”2020 şərabları da verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO