Putin Bakıda Ağ şəhər ərazisini gəzəcək - SƏFƏRİN PROQRAMI

Putin Bakıda Ağ şəhər ərazisini gəzəcək - SƏFƏRİN PROQRAMI

Hazırda oxunan: Putin Bakıda Ağ şəhər ərazisini gəzəcək - SƏFƏRİN PROQRAMI

207255

Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edib. Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib.

Bizim.Media "Operativ Məlumat Mərkəzi"nə istinadən xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərini, habelə beynəlxalq və regional gündəmin aktual məsələlərini müzakirə edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Putin Azərbaycana gəldi - VİDEO


Rusiya liderinin cədvəlindəki əsas rəsmi və iş tədbirləri avqustun 19-na planlaşdırılır. Prezident ənənəvi olaraq Fəxri Xiyabanı ziyarət edəcək və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı önünə əklil qoyacaq.

Sonra Putin Şəhidlər Xiyabanında gedəcək və Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edəcək.

Dövlət səfərinin proqramı Rusiya liderinin Prezident İlham Əliyevlə rəsmi görüşündən başlayacaq. Mərasim Zaqulbada baş tutacaq.

İki dövlət başçısının əvvəlcə təkbətək danışacağı, sonra Rusiya-Azərbaycan danışıqlarının geniş tərkibdə davam etdiriləcəyi planlaşdırılır.

Danışıqların yekunlarına əsasən liderlərin birgə bəyanatı qəbul ediləcək, həmçinin bir neçə hökumətlərarası və digər sənədlər imzalanacaq.

İmzalanma mərasimi başa çatdıqdan sonra Vladimir Putin və İlham Əliyev danışıqların yekunları barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat verəcəklər.

Daha sonra Putin Ağ Şəhər layihəsi ilə tanış olacaq.

Liderlər birlikdə Ağ şəhər ərazisini gəzəcək və sonra katedralı ziyarət edəcəklər.

Səfərin sonunda ali qonağın şərəfinə dövlət ziyafəti veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO