Azərbaycan qısa zamanda yanğınların qarşısının alınması üçün Türkiyəyə “BE-200ÇS” amfibiya tipli təyyarəsini göndərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə ZƏNG ETDİ
Dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Bizim.Media