Bu şəxslərə hərbi texnikaların satın alınması hüququ verildi – FƏRMAN

Bu şəxslərə hərbi texnikaların satın alınması hüququ verildi – FƏRMAN

Hazırda oxunan: Bu şəxslərə hərbi texnikaların satın alınması hüququ verildi – FƏRMAN

207092

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb.

Belə ki, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana 3-1-ci hissə əlavə edilib.

Sənədə əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir.

Həmin orqanlar və hüquqi şəxslər tərəfindən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının ölkə ərazisində satınalma müqavilələri barədə məlumat bu müqavilələr bağlanıldığı vaxtdan bir ay müddətində Müdafiə Sənayesi Nazirliyinə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO