Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov Qaraçuxur qəsəbəsində seçicilərlə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş Qaraçuxur qəsəbəsi məhəllə 40/48, 6-cı binaya və Yeni Günəşli, D yaşayış sahəsi, 12-ci binada baş tutub.
O, sakinlərin dərdləri ilə maraqlanıb, onların suallarını cavablandırıb, qaldırdıqları məsələlərə münasibət bildirib və onlara seçki prosesində iştiraklarına görə öncədən təşəkkür edib.
Qeyd edək ki, Q.Məmmədov 1999-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb.
O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib. O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:48 / 17.08.2024
Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO
Hazırda oxunan: Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO
Hazırda oxunan: Qaya Məmmədov Qaraçuxurda seçicilərlə görüşlərə davam edir – FOTO
207075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.