Qorbaçova verilən sərt cavab və... -

Qorbaçova verilən sərt cavab və... - "Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə Azərbaycan yoxdur" - VİDEO

Hazırda oxunan: Qorbaçova verilən sərt cavab və... - "Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə Azərbaycan yoxdur" - VİDEO

20690

Ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə edilən cəhdlərin qarşısının alınmasında xüsusi prinsipiallıq göstərib.

Bizim.Media milli liderin bununla bağlı maraqlı fikirlərini təqdim edir:

"1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu.”

Heydər Əliyev bolşeviklərlə daşnakların belə məkirli planının qarşısını canı və qanı bahasına aldığını əlavə edib.

Lakin keçmiş Sovet İttifaqında “yenidənqurma”nın müəllifi Mixail Qorbaçovun "siyasət"i nəticəsində Heydər Əliyev “səhhətinə görə” ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ermənilər və onların havadarlarının əl-qolu açıılır. Qorbaçovun özünə iqtisadi məsələlər üzrə müşavir seçdiyi Aqambekyan 1987-ci ilin sonunda Fransanın nüfuzlu “Humanite” qəzetində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilməsi barədə bəyanatla çıxış edir və 1988-ci ilin fevralında məlum Dağlıq Qarabağ hadisələri başlayır.

Ümummilli lider Heydər Əliyev keçmiş Sov. İKP MK-nın 1989-cu ilin aprel ayının 25-də keçirilmiş Plenumunda Sov. İKP MK tərkibindən çıxarıldıqdan sonra ermənilər və onların havadarları, xüsusilə, əl-qol açırlar. Bu zaman Dağlıq Qarabağ hadisələri intensiv surətdə genişlənir və dərinləşir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın və ona bitişik bir sıra rayonların Ermənistan tərəfindən işğalını tanıyıb.

Çünki 30 aprel 1993-cü il tarixdə 822 №-li qətnamənin 1-ci bəndində göstərilir ki, atəş dayandırılmalı, bütün işğalçı qüvvələr Kəlbəcər və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmalıdır.

Ulu öndər əbəs yerə demirdi ki, "Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə Azərbaycan yoxdur". Heydər Əliyevin ölümündən 17 il sonra Şuşanın 28 illik işğalına son qoyuldu və Prezident İlham Əliyev ata vəsiyyətini, bütün xalqın arzusunu reallaşdırdı. Ali Baş Komandanın siyasət və sərkərdəlik tandemi millətin 30 illik mürgülər qisasını unutdurmadı və aldı. Ən güclü dövlətlərin havadarlıq etdiyi Ermənistan küncə sıxılmış çaqqala döndü və ordumuz erməniləri Azərbaycan torpaqlarından iti qovan kimi çıxardı. 

Şuşa ölkənin mədəniyyət mərkəzi oldu. Zəngəzura qayıdırıq və İrəvana az qaldı. O ki qaldı Dağlıq Qarabağa, erməni cəfəngiyyatına məhəl qoymadan düşünən beyinlər Xankəndinin də sülhməramlı nəzarəti ilə Azərbaycan üçün hazırlandığını dərk edir. 

Heydər Əliyevin Dağlıq Qarabağla bağlı söylədiklərini təqdim edirik:

Anar Rəhimov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO