Hidayət Heydərovdan Prezidentə: ”İlk olaraq Siz mənə zəng edib təbrik etdiniz”

Hidayət Heydərovdan Prezidentə: ”İlk olaraq Siz mənə zəng edib təbrik etdiniz”

Hazırda oxunan: Hidayət Heydərovdan Prezidentə: ”İlk olaraq Siz mənə zəng edib təbrik etdiniz”

206625

“Mən fəxr edirəm ki, Fransada olimpiya çempionu oldum, bizim bayrağımız qalxdı və himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, Sizə minnətdaram”.

Bizim.Media xəbər verir ki, bunu Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (73 kq) Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

"Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə “çox sağ ol” demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm", - deyə H.Heydərov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO