Audiovizual Şurada ATƏT-in media analitiki Kira Kalinina ilə görüş keçirildi – FOTO

Audiovizual Şurada ATƏT-in media analitiki Kira Kalinina ilə görüş keçirildi – FOTO

Hazırda oxunan: Audiovizual Şurada ATƏT-in media analitiki Kira Kalinina ilə görüş keçirildi – FOTO

206618

14 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov qonağa Şuranın fəaliyyəti, "Media haqqında" Qanunun qəbul olunmasından sonra audiovizual medianın tənzimlənməsi sahəsində yeniliklər, lisenziyalaşdırma, televiziya və radio kanallarının monitorinqi barədə geniş məlumat verib.

Görüş zamanı 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması, həmin prosesə məsul qurumlar, televiziya və radio yayımında təşviqat kampaniyasının monitorinq olunması və sairə məsələlərlə bağlı qonağı maraqlandıran suallara cavab verilmiş və digər məsələlərə dair müzakirələr aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO