Deputatlığa namizəd Günay Ağamalı Mübariz İbrahimovun atası ilə görüşdü – FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Mübariz İbrahimovun atası ilə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: Deputatlığa namizəd Günay Ağamalı Mübariz İbrahimovun atası ilə görüşdü – FOTO/VİDEO

206606

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 12 avqust 2024-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla görüşüb.

Bizim.Media xəbər verir ki, səmimi keçən görüşdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid gizir Mübariz İbrahimovun qısa və şərəfli ömür yolundan, qəhrəmanlıqlarından danışılıb.
 

Günay Ağamalı əfsanəvi qəhrəman Mübariz İbrahimovun atası ilə görüşün onda böyük qürur və fəxarət hissi yaşatdığnı söyləyib. O, atdığı hər addımda böyüklərdən xeyir-dua aldığını və bu məqamın onun üçün çox önəmli olduğunu xüsusilə qeyd edib.


G.Ağamalı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb, hər bir azərbaycanlının bu dəstəkdə həmrəy olmasının vacibliyini önə çəkib. O, 22 yaşında şəhadətə ucalan Mübariz ibrahimovun şücaətindən danışdaraq, canı-qanı, ruhu ilə Vətəninə, xalqına bağlı olan əfsanəvi qəhrəmanın qısa ancaq şərəfli ömür yaşadığını söyləyib. Qeyd edib ki, Mübariz qorxmazlığı, igidliyi ilə Azərbaycanın qəhrəmanlıq səlnaməsini yazıb. Onun qısa ömür yolu gənc nəsil üçün örnəkdir.

“Siz Vətənə Mübariz İbrahimov kimi qəhrəman oğul verməklə milyonlarla övlad qazanmış oldunuz. Biz hər zaman sizin yanınızdayıq”,- deyə G.Ağamalı bildirib.

Ağakərim İbrahimov hər zaman Salyan əhalisindən böyük diqqət və qayğı gördüyünü, onların xalqına, Vətəninə çox bağlı olduğunu qeyd edib.

A.İbrahimov Günay Ağamalıya dövlətinə, xalqına fəaliyyətində, Milli Məclisə seçkilərdə uğurlar arzulayıb, ona öz xeyir-duasını verib, Milli Qəhrəmanın əziz xatirəsinə həsr olunan Müşfiq Malik Muğanlının “Mübarizdən Sonra” kitabını hədiyyə edib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO