Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov 2024-cü il avqustun 12-də “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında” Qərar imzalayıb.
Qərara əsasən, 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.
Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:07 / 12.08.2024
Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI
Hazırda oxunan: Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası ÇAĞIRILDI
206292
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.