Deputatlığa namizəd olan tələbələr də var – SİYAHI

Deputatlığa namizəd olan tələbələr də var – SİYAHI

Hazırda oxunan: Deputatlığa namizəd olan tələbələr də var – SİYAHI

206008

Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olanların siyahısı açıqlanıb. Siyahıda 1030 nəfər var. Maraqlısı odur ki, deputat seçilmək istəyən gənclərin sayı kifayət qədərdir. Hətta namizədlər arasında tələbələr də var.

Bizim.Media-nın araşdırmasına görə, sentyabrın 1-i keçiriləcək parlament seçkilərində 4 tələbə deputat mandatı qazanmağa çalışacaq.

Belə ki, 2003-cü il təvəllüdlü Əmrah Həsənli 54 saylı Mingəçevir seçki dairəsindən, 2004-cü il təvəllüdlü Ruziyə Əsgərova 103 saylı Şəmkir kənd seçki dairəsindən, 2004-cü il təvəllüdlü Ləman Əsgərli 28 saylı Sabunçu üçüncü seçki dairəsindən və 2006-cı il təvəllüdlü Zəbulla Hüseynov 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliklərini irəli sürüblər.

Qeyd edək ki, VII çağırış üzrə Milli Məclisə seçkilər sentyabrın 1-də keçiriləcək.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO