Kovalenko: “Rusiya torpaqlarımızdan çıxmasa, irəliləməyə davam edəcəyik” – ÖZƏL

Kovalenko: “Rusiya torpaqlarımızdan çıxmasa, irəliləməyə davam edəcəyik” – ÖZƏL

Hazırda oxunan: Kovalenko: “Rusiya torpaqlarımızdan çıxmasa, irəliləməyə davam edəcəyik” – ÖZƏL

205849

“Hər dəqiqənin öz hökmü var, yəni hər an hər şey dəyişə bilir. Hazırki məlumatlara əsasən fikir irəli sürsək, mən deyərdim ki, artıq E-38 magistralnın 10 kilometrliyində əməliyyatlar gedir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

BİLD: “Ukrayna Kurskda ələ keçirdiyi əraziləri Xarkovla dəyişə bilər”


Rusiya-Ukrayna müharibəsinin hazırda davam edən aktiv döyüşlərini şərh edən politoloq, Ukrayna ordusunun Kursk vilayəti istiqamətində irəlilədiyini bildirib.

“Hazırda hansısa dəyişikliklər barəsində nəsə demək hələ ki, tezdir. Konkret hədəflər demək olar ki, yoxdur. Bu əməliyyat başlayan zaman güman edilirdi ki, Rusiya bufer zona olaraq 15-20 km irəliləyəcək və bununlada hər şey bitəcək. Yəni əgər belə olsaydı, Bryansk və Çerniqiski vilayəti daha təhlükəsiz olardı. 

Lakin indi vəziyət tam dəyişib. 

Çünki Kursk vilayəti istiqamətində artıq 30 km irəliləmə əldə olunub. Hazırda biz burada heç bir bufer zonadan danışa bilmərik, bu artıq ondan da böyük bir məsələdir. Artıq E-38 magistarlının 10 kilometrliyində əməliyyatlar gedir. E-38 magistralı həmin o sözü gedən sərhədlərə daxil olur.

Bu magistralın bir tərəfində böyük əhəmiyyətə malik olan Rinsk yaşayış məntəqəsidir. Ora böyük tranzit imkanlarına malikdir. Magistralın digər tərəfində isə Kurçatovsk yaşayış məntəqəsi var. Orada da Kursk Atom Elektrik Stansiyası yerləşir”. 

Sülh mümkündürmü?

Rusiya və Ukrayna arasında sülh barəsində danışan Aleksandr Kovalenko, hazırda Ukraynanın üstünlüyünü nəzərə alaraq, bunun mümkünsüz olduğunu deyib.

Lakin Rusiya Ukrayna ərazisindən çıxacağı və 33 il öncəki xəritələrə əsasən sülh danışıqları aparılacağı təqdirdə sülh mümkün ola bilər: 

“Sülh danışıqlarının əsas şərti 2022-ci ildən bəri tamamilə dəyişməz olaraq qalır. Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması. Yəni Rusiyanın Ukraynanı tanıması, təslim olması və bütün ərazilərin qaytarılması. Bizim hökumət başqa heç nə etməyəcək. Xalq da başqa bir varianta icazə verməyəcək. Biz, artıq üçüncü ildir ki, çox çətin vəziyyətə düşsək də, rus işğalçılarının Ukraynada törətdiyi bütün bu terror hücumlarına, dağıntılara baxmayaraq, öz əsas tələbimizə sadiq qalırıq”, - deyə Aleksandr Kovalenko deyib.

“Rusiyanın əraziləri hesabına sərhədlərimizi genişləndirəcəyik”

Hərbi ekspert əlavə edib ki, Rusiya işğal etdiyi Ukrayna ərazilərini qaytarmasa, Kiyev hücumlarını davam etdirəcək:

“Moskva 1991-ci il sərhədlərinə qayıtmaqla razılaşmasa, Rusiya Federasiyasının ərazisi hesabına sərhədlərimizi genişləndirəcəyik. Rusiyanın çoxlu əraziləri var. Belə bir ölkənin təbii sərvətləri bacarıqsız şəkildə istismar etdiyini, xalqını xarabalıq və yoxsulluq içində saxladığını nəzərə alsaq, Rusiyanın belə torpaqlara təkbaşına sahib olmasını qəbul edə bilmərik”.

Qeyd edək ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə daxil olub. Hazırda bir neçə kənd Ukraynanın nəzarətinə keçib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO