Şoyqu İran və Azərbaycana səfərləri ilə bağlı Putinə məlumat verdi

Şoyqu İran və Azərbaycana səfərləri ilə bağlı Putinə məlumat verdi

Hazırda oxunan: Şoyqu İran və Azərbaycana səfərləri ilə bağlı Putinə məlumat verdi

205553

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də keçirdiyi müşavirədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Sonra Sergey Kujuqetoviç İran və Azərbaycana səfərinin nəticələri barədə danışacaq", - deyə Putin hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərləri ilə keçirdiyi müşavirəni açarkən bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

S.Şoyqu Azərbaycana səfərdən əvvəl İranda olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO