VI çağırış Milli Məclisin deputatı Etibar Əliyev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Modern.az” məlumat verib.
O vurğulayıb ki, namizədliyini könüllü olaraq irəli sürməyib.
Qeyd edək ki, Etibar Əliyev 2020-ci ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib. O, VI çğaırış Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:41 / 06.08.2024
Etibar Əliyev namizədliyini irəli SÜRMƏDİ
Hazırda oxunan: Etibar Əliyev namizədliyini irəli SÜRMƏDİ
Hazırda oxunan: Etibar Əliyev namizədliyini irəli SÜRMƏDİ
205323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.