YAP-ın bütün deputatlığa namizədləri qeydə alındı

YAP-ın bütün deputatlığa namizədləri qeydə alındı

Hazırda oxunan: YAP-ın bütün deputatlığa namizədləri qeydə alındı

205322

Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə YAP-dan məlumat verilib.

Bildirilib ki, partiyanın 125 seçki dairəsi üzrə təqdim etdiyi bütün namizədlərə artıq qeydiyyat vəsiqəsi verilib.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı iyul ayının 17-də ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO