Saleh Kamranidən SENSASİON AÇIQLAMA – “İran 24 saat ərzində hücuma keçəcək” – ÖZƏL

Saleh Kamranidən SENSASİON AÇIQLAMA – “İran 24 saat ərzində hücuma keçəcək” – ÖZƏL

Hazırda oxunan: Saleh Kamranidən SENSASİON AÇIQLAMA – “İran 24 saat ərzində hücuma keçəcək” – ÖZƏL

205300

“Oktyabrın 7-dən, yəni HƏMAS-ın İsrailə həmləsindən və buna cavab olaraq İsrailin Qəzzanı bombalamasından sonra bilinirdi ki, Orta Şərq əvvəlki kimi olmayacaq. Apreldə İran İsrailə dronlarla, raketlərlə hücum etdi. Lakin mütəxəssislər bunun açıq-aydın anlaşmalı bir cavab tədbiri kimi qiymətləndirdilər”.

24 saat ərzində...

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi azərbaycanlı politoloq Saleh Kamrani deyib. HƏMAS liderinin öldürülməsindən sonra İsraillə İran arasında alovlanan gərginliyi şərh edən Kamrani, İranın 24 saat ərzində İsrailə cavab verəcəyini bildirib:

“Anlaşılmalı döyüşlər də bir yerə qədər davam etdirilə bilər. Bu dəfə Haniyənin Tehranda öldürülməsi ciddi dərəcədə əhəmiyyətə malikdir. Düzdür, İsrail açıq şəkildə bunu etdiyini boynuna almayıb. Lakin sui-qəsd İran İslam Respublikasının imicini ciddi şəkildə zədələyib.

Bu səbəbdən də, İran mütləq cavab verməlidir.

İran əvvəllər olduğu kimi, məsələnin üzərindən keçməklə ötüşdürə bilməyəcək. Mütləq İsrailə cavab verməlidir ki, adını təmizə çıxarsın, güclü olduğunu sübut etmiş olsun. Əks halda, proksi güclərin qarşısında İranın gücü sual altına düşəcək. İran bunu gözə ala bilməz. Həm onları məmnun etməli, həm öz imicini qorumalıdır”, - deyə S.Kamrani qeyd edib.

Politoloq əlavə edib ki, İran İsrailə cavab vermək məcburiyyətində qalsa da, döyüşə girməkdən də çəkinir:

“Çünki İsrail və ABŞ ilə savaşmağa nə hərbi, nə də iqtisadi gücü yoxdur. Düşünürəm ki, İsrailin hazırlıqlarını nəzərə alsaq, əgər İran ciddi bir reaksiya göstərərsə, bu Tehran üçün yıxıcı addım olacaq. İran böyük ehtimal bir reaksiya verəcək, amma Tehran istənilən halda Yaxın Şərqdə ciddi bir qarşıdurmanın tərəfdarı deyil. Çünki İsrailin necə reaksiya verəcəyini bilmir. İran iqtisadi, sosial, hərbi və texnoloji baxımdan ciddi böhran içərisindədir”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO