Putin İlham Əliyev və Paşinyanla danışıqlar aparacaq

Putin İlham Əliyev və Paşinyanla danışıqlar aparacaq

Hazırda oxunan: Putin İlham Əliyev və Paşinyanla danışıqlar aparacaq

205001

Azərbaycan, Rusiya və Ermənistan liderləri Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib.

 

O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir.

 

“Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Peskov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO