ABŞ səfirliyindən Hidayət Heydərova təbrik: "Zəhmətiniz bəhrəsini verdi" - FOTO

ABŞ səfirliyindən Hidayət Heydərova təbrik: "Zəhmətiniz bəhrəsini verdi" - FOTO

Hazırda oxunan: ABŞ səfirliyindən Hidayət Heydərova təbrik: "Zəhmətiniz bəhrəsini verdi" - FOTO

204257

ABŞ səfirliyi Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

"Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu inanılmaz nailiyyətdən həzz alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur.

Təbriklər Azərbaycan Komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!", -deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO