"Ermənistanın sülh prosesinə sadiqliyi sual altındadır" - Mirzoyanın sərsəm açıqlamalarına SƏRT REAKSİYA

"Ermənistanın sülh prosesinə sadiqliyi sual altındadır" - Mirzoyanın sərsəm açıqlamalarına SƏRT REAKSİYA

Hazırda oxunan: "Ermənistanın sülh prosesinə sadiqliyi sual altındadır" - Mirzoyanın sərsəm açıqlamalarına SƏRT REAKSİYA

204234

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycan-Ermənistan normallaşma prosesini təhrif edən açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bəyanatda deyilir ki, 30 il ərzində Almatı bəyannaməsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən, başqa bir ölkənin ərazi bütövlüyünü pozan, sərhədlərin delimitasiyasına və demarkasiyasına imkan verməyən məhz Ermənistan olub:

"Sərhəd insidentləri və silahlanma üzərində nəzarət mexanizminin yaradılması təklifinə Ararat Mirzoyanın Azərbaycanın reaksiya verməməsi barədə dedikləri beynəlxalq aləmdə özünü konstruktiv tərəf kimi göstərmək tamamilə qeyri-səmimi və mənasız cəhddir. 30 il ərzində bütün dünyanın gözü qarşısında Avropada adi silahlara nəzarət sahəsində çoxtərəfli mexanizmləri tapdalayaraq, Azərbaycan ərazilərini işğal etmiş və orada qoşun və silah yerləşdirmiş Ermənistan hər hansı başqa silahlara nəzarət mexanizminə necə “riayət” edəcəyi heç kimdə şübhə doğurmur".

İcma qeyd edib ki, bundan başqa, Ermənistanın konstitusiyası və qanunvericiliyində Azərbaycana ərazi iddialarının qaldığı müddətdə bu ölkənin sülh prosesinə sadiqliyi sual altındadır.

"Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistan Qarabağ ermənilərinin guya zorla köçürülməsi barədə böhtançı açıqlamalar vermək, qondarma qurumun “təsisatları”nın anti-Azərbaycan fəaliyyətinə göz yummaq, militarizasiya siyasəti yeritmək, sərhəddə gərginlik yaratmaq əvəzinə Azərbaycanla sülh istəyində səmimi olmalı və bu xüsusda, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır", - bəyanatda deyilir.

Qeyd edək ki, iyulun 29-da Kiprin xarici işlər naziri Konstantin Kobosla birgə mətbuat konfransında Ararat Mirzoyan bildirib ki, rəsmi Bakı insidentlərin baş verməməsi üçün mexanizmin yaradılması və silahlanma ilə bağlı nəzarətə dair təkliflərə cavab verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO