Azərbaycan XİN Fransa və Kanadanın cavabını verdi

Azərbaycan XİN Fransa və Kanadanın cavabını verdi

Hazırda oxunan: Azərbaycan XİN Fransa və Kanadanın cavabını verdi

20423

“Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi tvitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir.

Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi. Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsir qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırıldıqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeridib. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb”.

Bizim.Media məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər Nazirliklərinin erməni əsirlərinin azad olunması çağırışına münasibətində bildirib.

“Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO