Eks-nazir deputat olmaq istəyir? — "Bu, mənim üçün..."

Eks-nazir deputat olmaq istəyir? — "Bu, mənim üçün..."

Hazırda oxunan: Eks-nazir deputat olmaq istəyir? — "Bu, mənim üçün..."

204156

6 ilə yaxın müxtəlif nazirliklərdə işləmişəm. Hesab edirəm ki, müəyyən təcrübəni toplamışam və bu gün yeni nəsillə, gənclərlə, öz təcrübəmi bölüşsəm daha məqsədə uyğun olar.

Bizim.Media xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.

O hazırda harada çalışdığı ilə bağlı da açıqlama verib:

“Hazırda Azərbaycan Turizm və Menecment Universitetində çalışıram. Həmçinin, bir neçə universitetlərdə müəllim kimi məruzələrimi edirəm. Dəvət olunanda müxtəlif konfranslarda iştirak edirəm”.

Əbülfəz Qarayev sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçiklərinə namizədliyini irəli sürmək fikrinə də aydınlıq gətirib:

“Düşünürəm ki, uzun müddət dövlət işində çalışmışam. Artıq dövlət işinə qayıtmaq istəmirəm və deputatlığa namizədlik vermək fikirim də yoxdur. Bu mənim üçün artıq olar. Çünki mən artıq təqaüdə çıxmışam və öz işlərimlə, elmlə məşğul oluram. Zamanımı ailəm və nəvələrimlə keçirirəm”.

O həmçinin vurğulayıb ki, yaşadığı müddətcə daim Azərbaycan xalqının və dövlətinin mövqeyini müdafiə edəcək:

“Nə qədər yaşayacağamsa, nə qədər mən bu dünyadayamsa, həmişə Azərbaycanın həqiqətlərini əks etdirəcəm, Azərbaycan naminə vuruşacam, Azərbaycan üçün çalışacam. Azərbaycanın daxilində və ya xaricində xalqımın, dövlətimin mövqeyini mütləq müdafiə edəcəm və Azərbaycanı tanıtdırmağa davam edəcəm. Hər hansı bir yerdə köməyim lazım olarsa, canla- başla onu edə bilərəm”.

Qeyd edək ki, Əbülfəz Qarayev 1994–2001-ci illərdə gənclər və idman naziri, 2001–2006-cı illərdə gənclər, idman və turizm naziri, 2006–2018-ci illərdə mədəniyyət və turizm naziri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib, 21 may 2020-ci ildə isə vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO