MN: “Qərb Ermənistanı növbəti müharibəyə hazırlaşdırır”

MN: “Qərb Ermənistanı növbəti müharibəyə hazırlaşdırır”

Hazırda oxunan: MN: “Qərb Ermənistanı növbəti müharibəyə hazırlaşdırır”

203573

“Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan MN-dən Ermənistana XƏBƏRDARLIQ: Lazımi cavab tədbirləri görüləcək


“Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək”, - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO