Rəsmi Bakının SON XƏBƏRDARLIĞI: “İlin sonunadək ermənilərin qanunsuz fəaliyyəti sonlanmasa..” 

Rəsmi Bakının SON XƏBƏRDARLIĞI: “İlin sonunadək ermənilərin qanunsuz fəaliyyəti sonlanmasa..” 

Hazırda oxunan: Rəsmi Bakının SON XƏBƏRDARLIĞI: “İlin sonunadək ermənilərin qanunsuz fəaliyyəti sonlanmasa..” 

203533

Rusiya sülhməramlılarının nəzarətində olan Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri “Ekoloji terrora son” şüarı altında etiraz aksiyası keçirirlər. Aksiyaçılar Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edirlər. Aksiya keçirilən əraziyə rus sülhməramlılara dəstək üçün əlavə qüvvə cəlb edilib.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən politoloq Turan Rzayev deyib ki, Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir:

 

“Azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir. Aydın məsələdir ki, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək. Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı: Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi. İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi. Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır”.

 

Ekspert qeyd edib ki, ilin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər:

 

“Söhbət “Qisas” əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən "Fərrux" əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür”.

 

Türkan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO