Fazil Mustafa: “Dini nikah deyilən bir anlayış yoxdur, qondarmadır”

Fazil Mustafa: “Dini nikah deyilən bir anlayış yoxdur, qondarmadır”

Hazırda oxunan: Fazil Mustafa: “Dini nikah deyilən bir anlayış yoxdur, qondarmadır”

203398

Xəbər verdiyimiz kimi, yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Belə ki, Məcəlləyə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilib. Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbin kəsməyə görə fiziki şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Bəs görəsən, bu qanun erkən evliliklərin qarşısını almağa kömək olacaqmı?

VI çağırış Milli Məclisin deputat Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, qanunla qadağa qoyulduqdan sonra hər kəs məsuliyyətini dərk edəcək:

“Artıq yetkinlik yaşına çatmayanların dini nikah adı ilə hansısa bir qondarma nikah forması tətbiq edilməyəcək. Biz dünyəvi dövlətik və dünyəvi dövlətin prinsiplərinə uyğun fəaliyyət göstərməliyik. Dini nikah deyilən bir anlayış yoxdur və bu, Azərbaycan cəmiyyətində hansısa formada tətbiq oluna bilməz. Azərbaycanda vətəndaş nikahı var və bu da müvafiq dövlət qurumları vasitəsilə həyata keçirilir. Başqa bir nikah forması yoxdur”.

Məhərrəm Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO