Əhməd İsmayılov: “2-ci Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır”

Əhməd İsmayılov: “2-ci Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır”

Hazırda oxunan: Əhməd İsmayılov: “2-ci Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır”

203355

İyulun 22-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun yekunları ilə bağlı brifinqi keçirilib.

Bizim.Media xəbər verir ki, brifinqdə Əhməd İsmayılov Prezident cənab İlham Əliyevin tədbir iştirakçıları ilə görüşünün Foruma göstərilən böyük diqqətin əyani təsdiqi olduğunu bildirib, ölkə başçısına media ictimaiyyəti adından təşəkkür edib.

Forumun artıq ənənəyə çevrildiyini və hər il dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlara ev sahibliyi etdiyini vurğulayan İcraçı direktor builki müzakirə mövzularının əhəmiyyətinə də diqqət çəkərək müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayıldığını və 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, həmçinin bu problemin səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili ətrafında geniş fikir mübadiləsi aparıldığını, önəmli mesajlar verildiyini bildirib.

Əhməd İsmayılov diqqətə çatdırıb ki, 50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirak etdiyi 2-ci Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır və Forum vasitəsilə Şuşadan növbəti dəfə dünyaya önəmli mesajlar verildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO