Nizami rayonundan namizəd olmaq istəyən şəxsin müraciəti TƏMİN EDİLMƏDİ 

Nizami rayonundan namizəd olmaq istəyən şəxsin müraciəti TƏMİN EDİLMƏDİ 

Hazırda oxunan: Nizami rayonundan namizəd olmaq istəyən şəxsin müraciəti TƏMİN EDİLMƏDİ 

203113

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmuş müraciətə baxılıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında məsələ müzakirə edilib. 

MSK-nın və ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olmaq istəyən şəxsin müraciəti araşdırılıb. 

Komissiyanın yekun qərarına görə, müraciətdə irəli sürülən iddialar öz təsdiqini tapmadığından və əsassız olduğundan müraciətin təmin edilməsi mümkün olmayıb.
Qərar səsverməyə çıxarılaraq, qəbul edilib.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO