Bu gün Şuşada iyulun 20-də start verilən II Qlobal Media Forumu yekunlaşır.
Bizim.Media xəbər verir ki, sonuncu iş günü iki panel baş tutacaq.
Məlumata görə, "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" mövzusunda panel müzakirələri keçiriləcək.
Daha sonra forumun dördüncü, sonuncu panelində iştirakçılar "Riqa TV24" və "Radio Latviya"nın aparıcısı və prodüsseri Ansis Bogustovsun moderatorluğu ilə "İqlim hərəkatı və media" mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.
Bundan başqa, Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat edəcək.
Bununla yanaşı, Bakı Təşəbbüs Qrupunun sifarişi ilə BMT-in tanınmış eksperti, ABŞ vətəndaşı Dr. Karlayl Korbin tərəfindən yazılmış “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçiriləcək.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:40 / 22.07.2024
Bu gün II Qlobal Media Forumunun sonuncu günüdür
Hazırda oxunan: Bu gün II Qlobal Media Forumunun sonuncu günüdür
Hazırda oxunan: Bu gün II Qlobal Media Forumunun sonuncu günüdür
203033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.