İtaliya mətbuatı Şuşa Forumundan bəhs etdi - FOTO

İtaliya mətbuatı Şuşa Forumundan bəhs etdi - FOTO

Hazırda oxunan: İtaliya mətbuatı Şuşa Forumundan bəhs etdi - FOTO

203021

İtaliyanın media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə geniş yer ayırıb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Color News”, “Agenzia Nova”, “Avia-pro”, “MarketScreener” kimi xəbər portallarında yayımlanan materiallarda Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar diqqət mərkəzində saxlanılıb. 

Yazılarda Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən sitatlar gətirilib:

“Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir”. 

Bundan başqa, materiallarda Azərbaycan Prezidentinin ölkəmizin Fransa müstəmləkə ərazilərinə öz müstəqilliyini təmin etməyə kömək edəcəyini bildirdiyi qeyd olunub. Bir çox ölkənin keçmişdə kolonializmin qurbanı olduğunu və hələ də bundan əziyyət çəkdiyini vurğulayan ölkəmizin başçısının bu fikirlərinə yer verilib:

“Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”. 

Həmçinin yazılarda Azərbaycanın Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya tranzit nəqlinin davam etdirilməsinə nikbin baxdığı qeyd olunub. Prezident İlham Əliyevin ölkəmizin bu məsələ ilə bağlı Rusiya ilə danışıqlar apardığını, Azərbaycanın burada yardımçı olmaq istədiyini və müqavilənin uzadılmasının mümkünlüyünü qeyd etdiyi bildirilib. 

Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin ölkəmiz ilə Rusiya arasındakı ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələnin mövcud olmadığını, bütün məsələlərin qarşılıqlı anlaşma, hörmət, maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlandığını bildirdiyi qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO